Haqqımızda

“EMinvest” Azərbaycanda böyük mətbəə, promo və açıq hava reklamçılığı (Outdoor) agentliklərindən biridir. Şirkət 2010-ci il Noyabrın 16-dan fəaliyyət göstərir.

EMinvest mətbəə, promo və açıq hava reklamçılığı (Outdoor) sahəsində əsaslı yer tutub və son illər ərzində öz sərhədlərini genişləndirərək həm Azərbaycanda, həm də Türkiyədə mühüm yer  tutub.

Kompaniyamızın nadir, effektli çap təchizatları və hər cür xidmət göstərən  istənilən rəngdə, formatda, cilddə və nüsxədə çap məhsulları istehsal edən ixtisaslı heyəti var. Kompaniyanımız fəaliyyətinə geniş spekterli işlər daxildir: orijinal dizaynın hazırlanması konsepsiyasından yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına qədər xidmət göstərməkdədir.

Mətbəədə rəqəmsal və ənənəvi ofset və təsvir çapı kimi çap məhsullarının hazırlanması zamanı müasir poliqrafiyada işlədilən texniki proseslər mənimsənilib. Bundan başqa xüsusi çap işini yerinə yetirmək üçün mətbəədə trafaret və tampon çap maşınları işləyir. 

Biz bura tam kompleksli bəzək işlərini də əlavə edə bilərik. Bu tam və qismi laklama, laminasiya, fiqurlu kəsmə, bükmə,nömrələmə, perforasiya və digərləri. Bizim daimi müştərilər ilə əmakdaşlığımız artır ki, onların inamına və dəstəyinə görə təşəkkürümüzü bildiririk.

Məqsədimiz müştəri məmnuniyyəti prinsipi ilə müştərilərimizin hər növ reklam ehtiyaclarını professional bir şəkildə təmin edərək, hədəflərinə çatmaqda yardımçı olmaqdır. Biz həmişə bizim əməyimizə qiymət verəcək, öz professionallığını yüksək səviyyədə saxlamağı və işə yaradıcı yanaşan yeni müştərilərimizi qəbul etməyə çox şadıq.

 

Bizi asanlıqla tapın!